Şəxsi kabinet
MƏHSUL KATEQORİYASI
Onlayn sifariş

Məxfilik siyasəti

Allprint şirkəti sifarişçilərin şəxsi məlumatlarını məxfilik siyasətinə uyğun olaraq tənzim edir və xidmət sahələri üçün nəzərdə tutulmuş köməkçi qeydlərdə təsvir edilmiş məqsədlərlə hazırlayır. Bu məqsədlərə daxildir:

 

1. İstifadəçilərə şəxsiləşdirilmiş məzmun və reklamın göstərilməsi xidməti;

2. Xidmətlərimizin qorunması və təkmilləşdirilməsini təmin edən yoxlama, araşdırma və analiz etmə;

3. Xidmətlərimizin texniki cəhətdən fəaliyyətinə dəstək;

4. Allprint şirkətinin və ya istifadəçilərimizin hüquq və mülkiyyətinin qorunması;

5. Yeni xidmət növlərinin işlənib hazırlanması.

 

Şəxsi məlumatların hazırlanması haqqında əlavə məlumatı xidmət sahələri üçün nəzərdə tutulmuş məxfilik qeydlərindən almaq mümkündür. Bu məlumlar şəxsi xidmətlərin göstərilməsi məqsədilə hazırlanır. Digər hallarda isə, şəxsi məlumatları üçüncü tərəfin (məsələn, reklam işləri üzrə partyorlarımız) adından və ya tapşırığı ilə də hazırlaya bilərik.
Şəxsi məlumatlara girişin təmin edilməsi.
Şirkətimizə aid olmayan digər şirkət və ya şəxslərin şəxsi məlumatlara girişinə yalnız aşağıdakı məhdudlaşdırılmış hallarda icazə verilir: Sifarişçidən məlumatın ötürülməsinə dair razılığının tələb olunması. Belə ki, məlumatlar şirkət və onun filiallarına, həmçinin digər etibarlı şəxslərə yalnız əldə olunmuş xüsusi icazə ilə təqdim edirik. Məlumat təkmilləşdirildiyi zaman təlimatlarımıza və məxfilik siyasətinə riayət edilməsi həmçinin məxfiliyin qorunması məqsədilə digər tədbirlərin yerinə yetirməsini üçüncü tərəfdən tələb edirik. Bu cür məlumata girişin icazə verilməsi, məlumatlardan istifadə edilməsi, saxlanılması və ya aşkar edilməsinin aşağıda göstərilən səbəblərə görə vacib olmasına dair kifayət qədər əsasımız var:

 

1. Qüvvədə olan qanunlara əsasən hüquqi prosesin tələblərinə və ya qanuni dövlət sifarişlərinə riayət olunması;
2. Potensial qayda pozuntuları daxil olmaqla, xidmətlərin təqdim edilməsi haqqında qüvvədə olan şərtlərə riayət olunması;
3. Fırıldaqçılıq əməliyyatlarının aşkar edilməsi, qarşısının alınması həmçinin təhlükəsizliklə bağlı problemlərin və texniki nasazlıqların həll olunması;
4. İstifadəçiləri qanunla tənzimlənən hüququ qaydada səlahiyyətinə və təhlükəsizliyinə təsir edəcək qüvvədən qorunması.

 

Ümumilikdə məlumata qeyri-qanuni müdaxilə, onun dəyişdirilməsinin və məhv edilməsinin qarşısını almaq məqsədilə tərəfimizdən bütün lazımı tədbirlər görülür. Bu tədbirlər sırasına: məlumatın toplanma, saxlanma və hazırlanma prosesinə həmçinin təhlükəsizlik tədbirlərinə daxili nəzarət, eləcə də şəxsi məlumatın saxlandığı sistemə qeyri-qanuni girişin qarşısının alınması və məlumatın fiziki təhlükəsizliyinin təmin edilməsinə dair tədbirlər daxil edilir.

 

Məlumatın bütövlüyü.
Allprint şirkəti şəxsi məlumatları məxfilik siyasətinə yaxud konkret xidmətlər üçün nəzərdə tutulmuş məxfilik haqqında qüvvədə olan qanunvericiliyə uyğun olaraq tənzim edir. Məlumatın yığılma, saxlanma və işlənib hazırlanma prosesi, təqdim etdiyimiz xidmətlərin və hazırki məxfilik Siyasətində nəzərdə tutulmuş digər məqsədlərin təkmilləşdirilməsi üçün davamlı şəkildə yoxlanılır. Topladığımız şəxsi məlumatların dəqiqliyini, tam olmasını və aktuallığını təmin etmək üçün tərəfimizdən əsaslı tədbirlər görülür. Lakin burada istifadəçilərin də dəstəyinə ehtiyacımız var. Belə ki, tələb olunduğu halda hər bir istifadəçi öz şəxsi məlumatlarında dəyişikliklər etməli və onları yeniləməlidir.

 

Şəxsi məlumatlara giriş və onların yenilənmə qaydası.
Allprint şirkətinin təqdim etdiyi xidmətlərdən istifadə etdiyiniz zaman öz şəxsi məlumatlarınıza daxil olmanıza, düzəlişlərin edilməsinə və s. kimi əməliyyatlarda öz sorğunuza əsasən məlumatlarınızın silinməsinə icazənin verilməsi xüsusi bir prosedurdur. Hər hansı məlumatın alınması, düzəldilməsi və ya silinməsi ilə bağlı sorğunu yerinə yetirməzdən öncə, istifadəçidən şəxsiyyətini və məlumatın ona məxsus olduğunu təsdiq etməyi xahiş edirik. Texniki cəhətdən çox çətinliklə yerinə yetirilən, digər istifadəçilərə məxsus məlumatların məxfiliyinə təhlükə yaradan və ya yerinə yetirilməsi üçün məlumatlara giriş icazəsi tələb olunmayan davamlı şəkildə yaxud tez-tez təkrarlanan sorğulara imtina cavabı göndərə bilərik. Tərəfimizdən həddsiz əməyin sərf olunması tələb olunmazsa hər bir halda məlumatlara giriş və düzəlişlərin edilməsinə icazə ödənişsiz verilir. Bəzi hallarda xidmətlərimizdə istifadəçilərə aid şəxsi məlumatların alınması, düzəlişlərin edilməsi və silinməsində məhz fərqli prosedurlar tətbiq oluna bilər.