Təqvim gündəlik və iş həyatımızda daha çox istifadə olunan çap məhsullarından biridir. Onun divar, stolüstu, cib təqvimi kimi növləri vardır və hər biri fərqli hazırlanma texnologiyasına malikdir. Cib təqvimləri adətən standart olaraq 100x70 mm ölçüdə çap olunur. Sayından asılı olaraq həm rəqəmsal, həm də ofset üsulu ilə çap oluna bilər. Sifarişçinin istəyi ilə mat və ya parlaq laminasiya ilə üzlənə bilər. Təqvimlərin hazırlanması sayından və çap texnologoyasından asılı olaraq bir gündən bir neçə günə qədər ola bilər.