Bloknot vərəqləri asanlıqla çıxarıla bilən qeyd kitabçasıdır. Masaüstü aksessuar sayılan bloknot adətən kənardan kleylə yapışdırılan və ya prujinlə cildlənən formalarda olur. Bloknotun minimum səhifə sayı standart olaraq 50 vərəqdir. A4, A5, A6 və ya qeyri-standart formatlarda hazırlana bilər. İç vərəqləri adətən 80 qr. kağızda rəqəmsal və ya ofset üsulu ilə çap olunur. Üz qabığı nisbətən qalın kağızda (250-350 qr.) çap olunur və laminasiya olunması tövsiyə olunur. Cild materialı üçün fəqrli fakturaya malik keyfiyyətli üzlüklərdən istifadə olunur.
Bloknotun hazırlanma müddəti sayından asılı olaraq bir neçə gün vaxt tələb edir.