Lazer nəqqaşlama promo məhsullar üzərində məlumatların həkk olunması üçün tətbiq olunan əsas vasitədir. Onun prinsipi eskizi hər hansı bir məmulatın üzərində fokuslaşmış lazer şüası vasitəsilə həkk edilməsidir. Bunun üçün nəzərdə tutulan avadanlıqlardan istifadə edərək plastik, metal, taxta, kağız kimi düz və ya həcmli məmulatlar üzərində kəsim aparmaq mümkündür. Lazer nəqqaşlama zamanı məmulatın üst qatı soyulması nəticəsində məmulatın səthində dərinlik əmələ gəlir. Həmin dərinlik qismində məmulat üzərində alınan görüntü loqo, yazı, hər hansı bir ornament və ya şəkil ola bilər. Bu proses əsasən promo məhsullar üzərində, inkrustasiya işlərində, müxtəlif lövhələrın hazırlanmaında geniş tətbiq olunur.
Lazer avadanlığında nəqqaşlamanın qiyməti 1 sm/kv üçün hesablandığından məhsulun qiyməti ilə bağlı olaraq ofis menecerimizlə əlaqə saxlaya bilərsiniz. Hazırlanma müddəti sifarişin həcmindən asılı olaraq bir gündən bir neçə günə qədər ola bilər.