Köynək və kepka üzərində çap çox sifariş olunan promo məhsullar sırasındadır. Stokumuzda movcud olan məhsullardan seçməklə üzərinə istənilən məlumat və ya şəkli çap etdirmək olar. Tekstil üzərinə çap fəqrli texnologiyalar vasitəsi ilə həyata keçirilir. Onların sırasına sublimasiya, fleks çapı, trafaret çapı, termo transfer, fleks kəsimi, naxış tikimə daxildir. Hazırlanma müddəti sayından asılı olaraq stokda mövcud olduğu halda bir gündən bir neçə günə qədər ola bilər. Çap texnologiyası fəqrli üsullarla aparıldığından məhsulların qiymətinin hesablanması ilə əlaqədar olaraq ofis menecerimizlə əlaqə saxlayın.